Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

SOCAR-ın İdarə Heyətinin tərkibinə DƏYİŞİKLİK edildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən Şirkətin İdarə Heyəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 14 (on dörd) üzvdən – Şirkətin prezidentindən, Şirkətin birinci vitse-prezidentindən və 12 vitse-prezidentdən ibarət olacaq.

Qeyd edək ki, bu dəyişikliyə qədər şirkətin İdarə Heyəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 14 (on dörd) üzvdən – Şirkətin prezidentindən, Şirkətin birinci vitse-prezidentindən, geologiya və geofizika məsələləri üzrə, yataqların işlənməsi üzrə, iqtisadi məsələlər üzrə, emal üzrə, sərmayələr və marketinq üzrə, sosial məsələlər üzrə, ekologiya üzrə, kadr, rejim və informasiya texnologiyaları üzrə, strateji inkişaf üzrə, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidentlərindən və vitse-prezidentdən ibarət idi.

www.yenicag.az

228
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100