Soçidə Andranikin heykəli ucaldılacaq
Soçinin ermənilərin sıx məskunlaşdığı Nor-Luys kəndində azərbaycanlı və türk əhalisinə divan tutan Andranik Ozanyanın heykəli ucaldılacaq.
Bu barədə Rusiya Erməniləri İttifaqının vitse-prezidenti German Ananyanç məlumat verib. Onun sözlərinə görə Soçi meri Anatoli Paxomov heykəlin ucaldılacağına söz verib. “Hazırda heyləkin ucaldılamsı üçün bütün sənədlər hazırdır. Şəhər hakimiyyəti və kazak icması da razılığını bildirib”- deyə Ananyanç bildirib.
Xatırladaq ki. bundan 3 il öncə – 2011-ci il mayın 28-də Soçinin Adler rayonunda Andranik Ozanyana ucaldılan heykəl şəhər meriyası tərəfindən 3 gün ərzində demontaj olunmuşdu.