!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şöhrət Eldəniz: “Vətəndaş “feyk” xəbərləri doğru informasiyalardan ayırmağı bacarmalıdır”

!Reklam – Yazi

“Qlobal informasiya dövriyyəsində “feyk” xəbər və dezinformasiya bolluğu təhlükəli həddə çatıb”.

Bu sözləri “Visiontv.az” saytının baş redaktoru Şöhrət Eldəniz Yenicag.az-a açıqlamasında media savadlılığı barədə fikirlərini bölüşərkən deyib.

O, sözügedən məsələnin günümüzün vacib tələblərindən biri olduğunu bildirib:

“Qlobal informasiya dövriyyəsində “feyk” xəbər, dezinformasiya bolluğu təhlükəli həddə çatıb. Bu təhlükənin ən problemli tərəflərindən biri isə saxta xəbərlərin, dezinformasiyaların təsadüfi, spontan olması yox, peşəkar mərkəzlər tərəfindən hazırlanıb dövriyyəyə buraxılmasıdır. Bu cür xəbərlərə isə çox vaxt legitim libas geyindirildiyindən sıravi vətəndaşların, hətta peşəkar medianın diqqətini cəlb edir və dərhal kütləviləşir, ictimailəşir. Bu baxımdan vətəndaş saxta, “feyk” xəbərləri doğru informasiyalardan ayırmağı bacarmalıdır”.

Onun sözlərinə görə, media savadlılığının həssas hədəfi də bu olmalıdır:

“Düzdür, dünya praktikasında “feyk” xəbəri doğrudan ayırmaq üçün müəyyən mexanizmlər təklif olunur. Amma görünən odur ki, bu mexanizmlər elə də effektiv deyil. Ona görə də media savadlılığının artırılması istiqamətində konkret Media Agentliyi, Mətbuat Şurası yox, eləcə də dövlət qurumlarının mətbuat xidmətləri, peşəkar media ciddi məşğul olmalıdır. Çünki “feyk” məlumatlar peşəkar medianın işinə də ciddi problemlər yaradır, onu arxa plana atır. Əslində, peşəkar medianın sosial mediaya uduzmasını əsas səbəblərindən biri də budur. Baş verən olaya dövlət qurumlarının mətbuat xidmətlərinin çevik reaksiya verməsi, peşəkar medianın isə operativ və dolğun məlumat yayması həmin hadisə barədə “feyk” xəbərlərin yaranması, eləcə də yayılmasına ciddi mane olar bilər. Ona gərə də media savadlılığı informasiya ilə işləyən bütün maraqlı tərəflərin diqqətində və prioritetində olmalıdır”.

Cəvahir

www.yenicag.az

428
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv