Sonaxanımın ƏN BÖYÜK ARZUSU: "Allahım mənə o imkanı yarat, o pulla..."
“Başqa ölkələri gəzib, tarixi yerlərində olmaq, o ölkələr barədə məlumatlanmaq xobbimdir. Təəssüflər olsun ki, 10 aydan artıqdır heç yerdə işləmirəm deyə, hansısa ölkəyə səyahət etmək imkanım xaricindədir”.
Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktrisa Sonaxanım Əliyeva “Hansı ölkədə istirahət edəcəksiniz?” sualını cavablandırarkən deyib.
Aktrisa “İstədiyim məbləğdə pulum olsaydı, heç istirahətə xərcləməzdim” sözlərini də əlavə edib:
“Çoxlu pulum olsaydı, heç özümə xərcləməzdim. Vallah, bunu reytinq xatirinə demirəm. Həmişə deyirəm: Allahım, mənə o imkanı yarat, xəstələrə və imkansızlara əl tutum, kömək edim. Əgər artıq pulum qalsa, onda səyahətə xərcləyərəm”.
Cəvahir













