Şok açıqlama – İŞİD kimyəvi silahlardan istifadə edir

media-hightechnic-468x90
img1862884İŞİD yaraqlıları cəbbəxanasına yeni silah əlavə edib – kimyəvi silahlar. Amerikanın Səsinin kürd xidmətinin müxbiri Zəna Ömər Suriyanın Həsəkə şəhərində baş verən hücumdan sonra hadisə yerində olub və sonrakı istintaq barədə məlumat paylaşıb.
İyunun 28-i, Həsəkə şəhəri… İslam Dövləti yaraqlıları şəhər uğrunda döyüşlərdə taktikanı dəyişib – onlar artıq kimyəvi silahlardan istifadə edir.
“Üzərində sarı rəng görürsüz. Bunun çox pis qoxusu var və əhalidə başgicəllənmə və digər sağlamlıq problemləri yaradır”.
Şəhərin kürdlərin nəzarət etdiyi hissələrinə hücum hədəfsiz olub.
“Bir az bəlkə də kibrit qoxusu gəlir. Dəqiq qoxusunu bilmirəm, amma çox pis iy gəlir. Gördüyünüz kimi bura yağa bənzər maye tökülüb”.
Bir neçə gün sonra kimyəvi maddələr orada qaldığı üçün kürd YPG döyüşçüləri dəlillər toplayıblar.
“Mənim gözlərim çox pis yanır.  Bunun iyini alanlar özlərini xəstə və zəhərlənmiş hiss edirlər.”
Britaniyada fəaliyyət göstərən iki qrup orada pestisidlərdən düzəldilmiş neyrotoksinlərdən istifadə olunduğunu təsdiq ediblər.
Bunlar müvəqqəti reaktiv mərmilərdir… ABŞ kəşfiyyat mənbələri bu mərmilərin kimyəvi silah proqramına dönməsinin uzun zaman alacağını deyirlər.
Lakin İslam Dövlətinin indi etdikləri Həsəkə sakinlərini yetərincə narahat edir.
“Buna görə də, bu cür hücumların qarşısını almaq üçün beynəlxalq ictimaiyyət və beynəlxalq koalisiyanın üzərinə də böyük məsuliyyət düşür.”
Hücum zamanı həlak olanlar olmasa da, təhlükə var… mühafizə isə yox.
media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600