Son 10 ayda Suriyaya rekord həcmdə yatırım edildi
Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa bildirib ki, ötən il Bəşər Əsəd hökumətinin devrilməsindən sonra ölkəsi son 10 ayda 28 milyard dollar dəyərində investisiya cəlb etməyə nail olub.
Yenicag.az “Times of İsrael”ə istinadən xəbər verir ki, prezident bu rəqəmi Ər-Riyadda keçirilən konfransda səsləndirib.
“Suriyada imkanlar çox böyükdür və burada hər kəs üçün yer var”, – deyə Şaraa konfransda potensial investorları əmin etməyə çalışaraq əlavə edib.
Şaraa Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın da iştirak etdiyi sessiyada bildirib ki, Suriya qanunvericiliyində dəyişikliklər edilib və bu dəyişikliklər xarici investorların ölkədən vəsait çıxarmasına imkan yaradır.
“Biz Suriyanı investisiyalar vasitəsilə yenidən qurmaq istəyirik”, – deyə Şaraa vurğulayıb və əlavə edib ki, dünya da bundan “ticarət dəhlizi” kimi faydalana bilər.












