“Alman hakimiyyəti köhnə və yeni çağırışlara cavab vermək üçün öz ordusunun döyüş qabiliyyətini artırmağı planlaşdırır, bu dəyişikliklər son 35 ildə ən radikal hərbi islahat olacaq”.
Yenicag.az “Financial Times”a istinadla xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.
Onun sözlərinə görə, islahatların məqsədi Bundesveri (Almaniya silahlı qüvvələrini) yenidən qurmaqdır ki, müharibə vəziyyətində müdafiəyə ən yaxşı şəkildə hazır olsun. Nazir vurğulayıb ki, heç kim NATO ərazisinə hücum barədə düşünməsin.
O, həmçinin qeyd edib ki, əsas aspekt orduya çağırışdır. Yaxın həftələrdə Müdafiə Nazirliyi bu sahədə dəyişikliklərin modelini təqdim edəcək. Almaniya, məsələn, İsveçdə tətbiq olunduğu kimi, yəqin ki, Skandinaviya modelini qəbul edəcək. Model könüllü hərbi xidmət və gender neytrallığını nəzərdə tutur.
İslahatlar həm də o deməkdir ki, kiber-mühitdə əməliyyatlar quru, dəniz və hava qüvvələri ilə eyni səviyyədə olacaq və silahlı qüvvələrin dörd komponentinə vahid operativ komandanlıq rəhbərlik edəcək.
Rafi Müslümov
www.yenicag.az