!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvanda güclü yanğının SƏBƏBİ məlum oldu - YENİLƏNDİ

!Reklam – Yazi

Naxçıvanda yaşayış binasında baş verən yanğının səbəbi açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və media ilə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

“Qısa qapanmadan alışma baş verib. Yanğın məhdudlaşdırılıb. Soyutma işləri aparılır. Təhlükəsizliklə bağlı polis və aidiyyəti dövlət qurumları tərəfindən tədbirlər görülür”, – deyə o bildirib.

***

17:20

Naxçıvanda yaşayış binasında baş verən yanğın söndürülüb.

Yenicag.az xəbər verir ki, hazırda binada soyutma işləri aparılır.

***

17:10

Fövqəladə Hallar Nazirliyi Naxçıvandakı yanğınla bağlı məlumat yayıb.

FHN-dən Yenicag.az-a bildirilib ki, şəhərin 2-ci mikrorayon ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

*** 16:13

Naxçıvanda güclü yanğın başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Yanğının 3-cü mikrorayon adlanan ərazidə yerləşən yaşayış binalarının birində baş verdiyi bildirilib.

www.yenicag.az

331
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv