Son iki gündə üstü açılan cinayətin sayı açıqlandı

media-hightechnic-468x90

Dekabrın 6 və 7-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarışda olan 51 nəfər, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər, dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 6-da və 7-də ümumi çəkisi 16,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Həmçinin narkotiklərlə əlaqədar 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Həmin gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 9 tüfəng, 2 patron darağı və 759 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa