Son illər Sumqayıt ölkənin inkişaf simvollarından birinə çevrilib
“Son dörd ildə Sumqayıt üzrə həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi və iqtisadi sabitliyin qorunub saxlanması nəticəsində makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım muşahidə edilmişdir”
Yenicag.az xəbər verir ki, bu sözləri PİA.AZ-a Sumqayıtdan bildiriblər. Daxil olan məlumatda bildirilir ki, şəhərinin son illər sosial-iqtisadi inkişafı dinamik sürətlə inkişaf edir:
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası nəticəsində ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir.
Əslində bu 2004-2008-ci illər əhatə edən Dövlət Proqramının məntiqi davamı olaraq hazırlanmış sənəddir ki, regionlarının inkişafı sahəsində qazanılmış nailiyyətlərin daha da möhkəmləndirilməsi, başlanmış inkişaf tempinin uğurla sona çatdırılmasına xidmət edir. Eyni zamanda bu proqram mühüm prioritet olaraq paytaxt və regionların sosial-iqtisadi inkişafına yönəldilmiş tədbirləri də özündə ehtiva etdirir. Məhz bu cür uğurlu siyasətin göstəricisi olaraq yanvarın 10-da cənab, prezident İlham Əliyevin sədriliyi ilə keçrilmiş Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda qeyd olunmuşdur ki, bütövlükdə iqtisadiyatımız 3 faiz, qeyri-neft sektorunda isə 7 faiz artmışdır.
O cümlədən Dövlət Proqramı çərçivəsində Sumqayıtda görülən işləri yüksək qiymətləndirmək yerinə düşər. Xüsusəndə son dörd ildə ölkə başçısının şəhərimizə səkkiz dəfə səfər etməsi, regionlara o cümlədən Sumqayıt və sumqayıtlılara olan diqqət və qayğısının nəticəsi kimi dəyərləndirilməlidir.
Son dörd ildə Sumqayıt üzrə həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi və iqtisadi sabitliyin qorunub saxlanması nəticəsində makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım muşahidə edilmişdir. Ümumi Daxili Məhsul (ÜDM) əvvəlki illərə nisbətən bir neçə dəfə artmışdır.
Görünən mənzərə Sumqayıtın doğrudan da gözəlləşdiyini, müasirləşdiyini və daima inkişaf etdiyini söyləməyə əsas verir. Gözəl parklar salınır, binalar təmir olunur. İstirahət yerləri, bulvarlar inşa edilir. Yəni, Sumqayıt doğrudan da müasir şəhərə çevrilir. Sumqayıt bir böyük sənaye mərkəzi kimi artıq inkişaf yoluna qədəm qoymuşdur. Burada həm ağır, həm yüngül sənaye, kimya sənayesi ənənəvi olaraq inkişaf etdirilir. şəhərimizdə gözəl müəssisələrin yaradılması ölkəmizin gücünü göstərən amildir.
Yeni sosial-iqtisadi inkişaf mərhələsində olan ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı ilə əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində dövlətin məqsədyönlü siyasətinə uyğun olaraq Dövlət Proqramında bütün regionlarda, eləcə də Sumqayıtda mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı, infrastruktur obyektlərinin, yeni istehsal və emal müəssisələrinin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, o cümlədən müasir standartlara uyğun təhsil, elm, səhiyyə, uşaq baxçaları, mədəniyyət və idman obyektlərinin inşası, yenidənqurulması, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlər nəzərdə tutulmuşdur ki, bunların da həyata keçirilməsinin şahidi olururq.
Dörd il ərzində Sumqayıt şəhərində istilik elektrik stansiyası, məhəllədaxili və magistral yol çəkilişləri və ya əsaslı təmir edilməsi, yaşayiş binalarinin fasadlanması və işıqlandırılması, nümunəvi məhəllələrin salınması, park və bulvarların yenidən abadlaşdırılması, Qarabağ əlilləri və şəhid ailələri üçün yaşayış binasının istifadeye verilməsi, səhiyyə sahəsində yeni müasir müalicə-diaqnostika mərkəzlərinin fəaliyyətə başlaması, müasir standartlara uyğun yeni fabrik və müəssələrin tikilərək istifadəyə verilməsi, ən nəhayyət cənab prezidentin şəhərimizə hər səfərində yeni-yeni mühum obyektlərin açılışını etməsini dövlət başçımızın diqqət və qaygısının təzahürü olaraq qəbul olunmalıdır.
Prezident Ilham Əliyev tərəfinden “Gilan Tekstil” Kombinatinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt “ASAN xidmət” mərkəzinin, Heydər Əliyev Mərkəzinin, Cümə Məscidinin və Şəhidlər Xiyabanında 10 metr hündürlüyündə 20 yanvar abidəsi “Stella” Xocalı faciəsini əks etdirən qranit abidənin açılışınin olunması, “Azərsun Sənaye Parkı”nın kağız və karton istehsalı kombinatının, Sumqayıt yağ və qida sənayesi fabrikinin, Mis emalı zavodunun, Sumqayıtda regionun ən iri Texnologiyalar Parkının yaradılması, “AzGünTex” Günəş Elektrik Stansiyası tikintisi və s. ökə başçısının birbaşa iştirakı ilə fəaliyyətə başlamışdır. Paytaxt Bakıdan sonra, Sumqayıtda 72 metr hundurluyunde olan Bayraq Meydanının qurulması şəhərdə böyük quruculuq işlərinin görülməsinə bir başa işarədir. Məhz Dövlət Proqramı nəticəsinde Sumqayıtda görülən işlərin dünya səviyyəsinə çatmasına və Avropa Birliyinin meyarlarına bərabər olmasına yaradılan şərait bir başa ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü, eyni zamanda şəhər rəhbəri Eldar Əzizovun səmərəli fəaliyyəti nəticəsində əmələ gəlmişdir.
Bundan başqa Sumqayitda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və yeni iş yerlərinin yaranmasında, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində, yoxsulluq həddinin aşağı düşməsində və əhalinin rifah halının daha da yaxşılaşdırılmasında dövlətin yaratdığı müstəsna şəraiti görmək mümkündür.
Belə ki, sahibkarlığın inkişafı, əlverişli biznes mühitin yaradılması məqsədilə ölkə rəhbəri, cənab Ilham Əliyev tərəfindən əsaslı şəkildə islahatların aparılması, Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir. Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi ölkəmizin sosial-iqtisadi inkişafının hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və qəbul edilmiş məqsədli dövlət proqramları çərçivəsində uğurla yerinə yetirilməkdədir. Uğurların əldə edilməsində özəl sektor əhəmiyyətli rol oynamaqdadır ki, bu da həyata keçirilən məqsədyönlü siyasət nəticəsində biznes mühitin əlverişliliyinin önə çıxarır. Sumqayıtda yeni-yeni layihələrin həyata keçrilməsinin nəticəsi olaraq şəhərimizə miqrasiya axını artmışdır. Təbii ki, burada cənab, İlham Əliyevin nəzarəti altında şəhər rəhbərliyinin yürütdüyü düzgün siyasəti qeyd etməmək mümkün deyil. Eldar Əzizovun təyinatından sonar Sumqayıt tarixində ilk dəfə olaraq “Açıq mikrafon”lar təşkil olunmuşdur ki, burada da məqsəd bürokratik əngələri aradan qaldırmaqdan ibarətdir. Sumqayıtda məktəblilərin son dörd ildə hərbi vətənpərvərlik paradının təşkili ənənəyə çevrilmişdi. Sevindirici haldı ki, internet səhfəsində Sumqayıtla bağlı axtarış verdikdə şəhərdə görülən mühim işlərin şahidi oluruq. Hansı ki, bir zamanlar Sumqayıtla bağlı internetin axtarış bölməsinə daxil olduqda mənfur düşmənlərimizin şəhərimiz haqqda apardıqları çirkin əməllər göz önündə canlanırdısa artıq belə neqativ hallar arxa plana keçib.
Məlum olduğu kimi sahibkarlıq sahəsindəki siyasət dövlət himayəsinin sistemli şəklində həyata keçirilməsinin, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəliliyinin yüksəldilməsinin təmin edilməsinə yönəldilmişdir. Bu strateji xəttin reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Sahibkarlığa dövlət maliyyə köməkliyi mexanizmi yaradılmış, bu mənbə kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin mühüm real mənbəyi kimi çıxış edir. Eyni zamanda bütün ölkənin o cümlədən Sumqayıtın ixrac qabiliyyətinin artırılması məqsədi ilə xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılmasına yönəlik addımlar atılmışdır. Ölkədə biznes mühitin daha da yaxşılaşdırılması məqsədilə aidiyyəti dövlət orqanları ilə birgə icazələr sisteminin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması, əmlakın qeydiyyatı, vergilərin ödənişi, xarici ticarətin aparılması, prosesinin asanlaşdırılması istiqamətində də işlər davam etdirilir və bu amillər Sumqayıtda da özünü qabarıq şəkildə biruzə verir.
Sahibkarlığın inkişafı davamlı inkişaf strategiyasının məqsədlərinin reallaşması baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil etməkdədir ki, bu siyasət nəticəsində əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə azalmasına nail olunması, səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması dövlət tərəfindən qarantiyaya alınmışdır.
Ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində davamlı iqtisadi artım təmin edilmiş, qeyri-neft sektorunun tarazlı inkişafı həyata keçirilir. Təkcə Məhz ümumi sahəsi 7 min kvadratmetr olan və müasir tələblərə tam cavab verən “Gilan” Tekstil fabrikinin Sumqayıtda açılması, həmin fabrikdə 4 min nəfər işçinin işlə təmin olunmasi Gənclik şəhərinə olunan dövlət qayğısıdır.
Bu isə o deməkdir ki, Sumqayıtda yeni iş yerlərini açmaqla dovlət həm işsizlik səviyyəini minimuma endirir, həm də hədəfdə olan 2020-ci ilin Dövlət Proqramını prioritet olaraq ortaya qoyur”.
pia.az