Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə Yenicag.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 48 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 54 nəfər isə sağalıb. Sutka ərzində xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 829 265 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 791 nəfər müalicə olunaraq sağalıb, hazırda 321 aktiv xəstə var. Bu günə qədər 10 153 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 912, bu günə qədər isə ümumilikdə 7 549 363 test icra olunub.