“Son xəbərdarlığım budur: özünüzü yığışdırın! Əks halda...” - Xalq artistinin oğlu hədələdi

media-hightechnic-468x90

“Muğam Müsabiqəsinin Finalından sonra atam Mənsum İbrahimovla bağlı qarayaxma kampaniyası başlayıb. Bildirirəm ki, müsabiqə 7 münsifdən ibarət idi və hər birinin sadəcə 1 səs haqqı var idi. Qaliblər sırasında onun heç bir tələbəsi yox idi! Sevindirici hal odur ki, hamı Muğam sənətinin hazırki böyüyü, ağsaqqalı kimi Mənsum müəllimə müraciət edir – bu, onun böyüklüyünün göstəricisidir”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Xaıq artisti Mənsum İbrahimovun oğlu İbrahim İbrahimli deyib.

Xalq artistinin oğlu atasını belə müdafiə edib:

“Hər xəbərin altında əsassız qarayaxma edən “troll dəstəsi”, unutmayın ki, paxıllığınız hamıya bəllidir. Daha bir nüansı da bilin: sifarişlə bu təlimatı verən, eyni zamanda bu prosesdə kimlərin iştirak etdiyini, istər yaxın, istər uzaq – ad, soyadına qədər bilirəm!

Bəzi sənətkarlar toxunulmazdır – onlar haqqında kim necə gəldi danışa bilməz! Öz yerinizi, həddinizi bilin!

Sizə son xəbərdarlığım budur: özünüzü yığışdırın! Əks halda fakt və sübutla qarşınızda məni – İbrahimli İbrahimi görəcəksiniz!”

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05