"Son Zəng"də "özfəaliyyət" dövrü bitir, amma... — "4000 məktəbə nəzarət mexanizmi qaranlıqdır"

media-hightechnic-468x90

“Son Zəng” tədbirlərində vahid proqramın tətbiqi özbaşınalıqları aradan qaldıracaq

media-banner_tkm

Bu fikirləri Yenicag.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri bildirib.

media-d2cc4ad8-91fe-464f-808d-47092ed0fff6

Ekspert Elm və Təhsil Nazirliyinin “Son Zəng” tədbirlərinin məktəblərin fərdi mülahizəsi ilə deyil, nazirliyin vahid proqramı əsasında keçirilməsi qərarını yüksək qiymətləndirib:

“Azərbaycanda “Son Zəng” tədbirləri ilə bağlı verilmiş qərar nəinki vacib, hətta xeyli gecikdirilmiş bir addımdır. Nəhayət ki, bu məsələ ilə bağlı əncam çəkildi. Biz qonaq qismində iştirak etdiyimiz bir çox tədbirdə mövcud mənzərədən məyus olurduq. Həmin vaxt fikirlərimizi tam kəskin ifadə etməsək də, mən şəxsən öz etirazımı bildirirdim. Əlbəttə, nümunəvi, vətənpərvərlik motivlərini əks etdirən proqramlara da rast gəlirdik, lakin bu, nadir hallarda baş verirdi. Müşahidələrim və öyrəndiyim rəylər əsasında deyə bilərəm ki, bu tədbirlərdə musiqi və proqram seçimi çox vaxt uyğunsuz olurdu. Düşünürəm ki, buna səbəb sistemli yanaşmanın olmamasıdır. Ssenari yoxdur 5 paralel 11-ci sinfin məzunları özləri üçün “proqram” hazırlayır, hərə bir mahnı oxuyur və bunun adını tədbir qoyurlar. Bu, belə olmamalıdır”.

Təhsil mütəxəssisi hesab edir ki, Elm və Təhsil Nazirliyinin nəzarəti altında vahid proqram əsasında “Son Zəng” tədbirləri keçirilməlidir:

“Ümumi proqram hazırlanmalıdır. Lazımsız xərclər əvəzinə, peşəkar rejissor və ssenarist əməyinə üstünlük verilməlidir. Tədbirlər peşəkar səviyyədə təşkil olunmalıdır. Bu, insan ömründə bir dəfə olan hadisədir. Şəxsən mənim üçün bu növ tədbirlər bir qədər əhəmiyyətsiz görünsə də, madəmki keçirilir, heç olmasa peşəkar iş ortaya qoyulsun. Vahid proqramın tərkib hissəsi kimi bütün 11-ci siniflər artıq öz fərdi bacarıqlarını həmin çərçivədə nümayiş etdirə bilərlər”.

E. Nuri müvafiq qurum tərəfindən verilən qərarın məktəb rəhbərlikləri tərəfindən icrasının vacibliyini vurğulayıb:

“Qərarın verilməsi əladır, lakin ən çətin mərhələ məktəb rəhbərliyi və pedaqoqların bu proqrama necə əməl edəcəyidir. Ölkədə 4000-dən çox məktəb var. Bu proqrama nəzarətin hansı formada təşkil olunacağı hələ ki qaranlıq qalır. Hər bir halda nazirliyin bu addımını müsbət qiymətləndirirəm, lakin icra mexanizminin nə dərəcədə uğurlu olacağını səbirsizliklə gözləyirəm”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05