Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Son zəng"də yoldaşını bıçaqlayıb qaçan şagird tutuldu - AÇIQLAMA

“Son zəng” günü məktəb yoldaşını bıçaqlayan şagird polis tərəfindən yaxalanaraq şöbəyə gətirilib.

Bu barədə Yenicag.az-a Qobustan rayon polis şöbəsindən məlumat verilib:

“Bu dəqiqələrdə hadisə yerindən qaçan R.Abdullayev axtarış-əməliyyat tədbiri nəticəsində saxlanılaraq şöbəyə gətirilib. O hazırda müstəntiq tərəfindən dindirilir”.

Qeyd edək ki, Qobustanda A.O.Çernyayevski adına 1 saylı tam orta məktəbdə şagirdlər arasında mübahisə olub, 10-cu sinif şagirdi bıçaqlanıb.

Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi, Qobustan şəhər sakini Rauf Təhmiraz oğlu Ağaquliyev ilə məktəbin yaxınlığında 10-cu sinif şagirdi Vüsal Təbiət oğlu Şəhriyarov arasında mübahisə yaranıb. Mübahisə zəminində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarova 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. O, polis əməkdaşları tərəfindən axtarılır.

Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Cəvahir

www.yenicag.az

2003
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100