Sonda polisə təslim oldular

media-hightechnic-468x90

034e3ee9d4cd80b79a4e657888a0fedaParis yaxınlığında poçt binasında insanları girov götürmüş silahlı şəxs polisə təslim olub.

Yenicag apa-ya istinadən bildirir ki, girovların hamısı azad olunub.

Hadisə nəticəsində zərərçəkənlərin olmadığı bildirilir.

*** 17.41

Paris yaxınlığında poçt binasında girov götürülmüş şəxslərdən bəziləri qaça bilib.

Onlar bildiriblər ki, poçt binasına hücum edən şəxs “Kalaşnikov” avtomatla silahlanıb.

Onların dediklərinə görə, həmin adamın danışığı rabitəsiz olub.

Hazırda silahlı şəxsin 2 nəfəri girov saxladığı bildirilir.

*** 16.32

Paris yaxınlığında naməlum şəxs 3 nəfəri girov götürüb.

Hadisə Fransa paytaxtı yaxınlığında yerləşən Kolomb şəhərinin poçt binasında baş verib.

Həmin şəxsin “Kalaşnikov” markalı avtomat, tapança və bir neçə qumbara ilə silahlandığı bildirilir.

Polis insidenti terror aktı kimi qiymətləndirmir. Silahlı şəxslə danışıqların aparılacağı gözlənilir. Yerli mətbuatın yazdığına görə, bu adam əvvəllər xırda xuliqanlığa görə məsuliyyətə cəlb olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600