Sos kəndində ilin sonunadək daha 75 ev istismara hazır olacaq

media-hightechnic-468x90

Xocavənd rayonunun Sos kəndində ilin sonunadək daha 75 ev istismara hazır olacaq.

media-banner_tuq

“Report”un Xocavəndə ezam edilmiş əməkdaşı xəbər verir ki, bu barədə Prezidentin izi ilə Sos kəndinə təşkil olunan mediaturda bildirilib.

Qeyd olunub ki, Sos kəndi 2023-cü ildə ölkə Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı azad edilib.

İndiyədək kənddə mövcud elektrik və qaz xətləri, subartezian quyuları bərpa olunub, 2 transformator quraşdırılıb, sayğaclaşma prosesinə başlanılıb, 3 su anbarı təmir edilib, təqribən 5 kilometr uzunluğunda təbii qaz xətti çəkilib.

Bundan başqa, Sos kəndində 259 mövcud fərdi evdən 70-nin yararsız, 189-nun isə qismən yararlı olduğu açıqlanıb. Hazırda kənddə 10 ev istismara hazırdır. Bildirilib ki, ilin sonunadək daha 75 ev istismara hazır olacaq. 2026-cı ildə isə 104 evin bərpası nəzərdə tutulur.

İndiyədək kəndə 46 nəfərdən ibarət 10 ailə qayıdıb.

Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Sos kəndində olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05