Sosial media trendinə görə onu 2 illik həbs gözləyir
Sinqapurda sosial şəbəkə üçün video çəkərək içki avtomatındakı pipeti yalayıb yerinə qoyan fransız tələbə Didye Qaspar Maksimilien hakim qarşısına çıxarılıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisə gəncin bu hərəkəti qeydə alıb paylaşmasından sonra Sinqapurda kütləvi narazılığa səbəb olub. İstintaq materiallarına görə, onun bu rəftarı nəticəsində aparatın sahibi olan şirkət sanitar qaydalara görə 500-ə yaxın pipeti zibilliyə ataraq yeniləməli olub.

Məhkəmə tərəfindən zaminə buraxılan 18 yaşlı tələbə “ictimai asayişi pozma” və “əmlaka ziyan vurma” ittihamları ilə mühakimə olunur. Onu 2 ilə qədər həbs və ağır pul cəzası gözləyir. Növbəti məhkəmə iclası mayın 29-da keçiriləcək.
Yenicag.az













