!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sosial müavinət və təqaüdlər nə vaxt artırılacaq? - AÇIQLAMA

!Reklam – Yazi

“Sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı 23 dekabr 2024-cü il tarixli sərəncamda Nazirlər Kabinetinə tapşırıq verilib. Nazirlər Kabineti sənəd imzalandıqdan sonra 3 ay müddətində təkliflərini dövlət başçısına təqdim etməlidir”.

Bunu “Unikal”a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, Nazirlər Kabineti sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı mart ayının ikinci yarısında öz təkliflərini cənab Prezidentə təqdim edəcək:

“Daha sonra dövlət başçısı tərəfindən sənəd imzalandıqdan sonra sosial müavinət və təqaüdlərin artırılması həyata keçiriləcək. Amma hansı sosial müavinətlərdə və neçə faiz artımın olacağı Nazirlər Kabineti tərəfindən təkliflər təqdim olunduqdan sonra aydınlaşacaq. Hazırda təkliflər hazırlanır. Yalnız bu təkliflər təqdim olunduqdan sonra hansı növ sosial müavinətlərdə və neçə fazi artımın olacağı məlum olacaq”, – deyə deputat bildirib.

www.yenicag.az

58
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv