Sosial Xidmətlər Agentliyindəki insident - RƏSMİ AÇIQLAMA

media-hightechnic-468x90

Ötən həftə Sosial Xidmətlər Agentliyinin “Məzun evi” sosial xidmət müəssisəsinin bir qrup sakini Agentliyə müraciət edərək, müəssisənin digər bir qadın sakininin davranışlarından narazı olduqlarını bildirib, onun “Məzun evi”ndən çıxarılmasını xahiş ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, həmin “Məzun evi”ndə mənzillə təmin edilmiş imtiyazlı şəxsin həyat yoldaşı olub və nikahları pozulduğu zaman əri mənzili tərk edib, hazırda həmin mənzildə üç övladı ilə birgə yaşayır.

“Sakinlər agentliyin rəhbər vəzifəli şəxsləri tərəfindən qəbul edilib, onlara müvafiq izahatlar verilib və profilaktik söhbət aparılıb, müraciətləri aidiyyəti üzrə müvafiq quruma göndərilib.

Qəbula gələn sakinlərdən bir qismi Agentliyin əməkdaşlarına qarşı təhqiramiz ifadələr işlədib, onlara qarşı kobud davranıb, hətta qurumun inzibati binasının qapılarını vurub sındırmağa çalışıblar. Bununla əlaqədar hüquq mühafizə orqanlarına müraciət olunub” , – məlumatda bildirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600