Şövkət Mirziyayevdən demokratiya açılımı: “Bizi tənqid edin”

Özbəkistan prezidenti tənqidçi bloqerlərə meydan verir.

Yenicag.az xəbər verir ki, Özbəkistanın Səmərqənd şəhərində təşkil oluanan “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalına qatılan prezident Şövkət Mirziyayev orada yerli və xarici bloqerlərlə görüşüb.

Bloqerlərlə səmimi söhbət edib, “selfi” çəkdirən Mirziyayev onlara bir sıra tövsiyələr də verib.

“Özbəkistan son illərdə dünyaya sürətlə inteqrasiya edir. Bizim məqsədimiz həqiqətləri bütün dünyaya çatdırmaqdan ibarətdir. Buna görə də siz bizi müzakirə və tənqid edə bilərsiniz”, – deyə prezident bildirib.

Qeyd edək ki, bu görüş Özbəkistan tarixində bir ilk kimi qiymətləndirilir.

Aqil Bəkir

COP29