!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramiz Mehdiyev niyə susmur? - “Tənqid etdiyi bütün məqamlarda özünün böyük məsuliyyət payı var” - Keçmiş dövlət müşaviri

!Reklam – Yazi

“AMEA prezidenti kimlərisə günahlandırmağa çalışsa da, bu cəhdi bumeranq effekti ilə onun özünə qayıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin qurumun saytında özünümüdafiə və ittiham xarakterli silsilə məqalələr yerləşdirməsinə münasibət bildirən keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.

Qabil Hüseynli hesab edir ki, Ramiz Mehdiyev artıq bumeranq effektli məlum yazılarına son verməli və susmalıdır:

“Ramiz Mehdiyevin susmamasının səbəbini tapmaq o qədər də asan məsələ deyil. Bilirik ki, o, iddialı və bir az da ərköyün adamdır. Eyni zamanda, qocalığından, ahıllığından irəli gələn müəyyən yanlışlıqları da ola bilər.

Belə hesab edirəm ki, Ramiz Mehdiyev bu hərəkətlərinə son qoymalıdır. Çünki onun hər çıxışı, bəyanatı jurnalistlərin diqqətini çəkir və onu haqlı tənqid atəşinə məruz qoyur.

Ramiz Mehdiyev təcrübəli adamdır, belə şeyləri başa düşməli və artıq susmalıdır. Kimlərisə günahlandırmağa çalşsa da, bu cəhdi bumeranq effekti ilə onun özünə qayıdır.

Uzun müddət çox yüksək vəzifədə işləmiş şəxsdir. Əgər bu gün hansısa çatışmazlıqlara işarə edirsə, tənqid etdiyi bütün məqamlarda özünün böyük məsuliyyət payı var. Ona görə də Mehdiyevin susması ilk növbədə özünə faydalı olardı”.

Aqil Bəkir

COP29

www.yenicag.az

5554
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv