Şövkət Mirziyoyev Özbəkistan prezidenti seçildi – Yenilənib

media-hightechnic-468x90

shavkat-mirziyoyev-696x478Özbəkistanda prezident seçkilərində səsvermə başa çatıb.

Yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə 19.00) seçki məntəqələri bağlanıb.

Yerli vaxtla saat 6.00-da (Bakı vaxtı ilə saat 5.00) açılan seçki məntəqələrində səsvermə başa çatana qədər 21,4 milyon seçicidən 17,69 milyon nəfər, yəni 86,62 faizi səs verib.
Seçkinin ilkin nəticələrinin sabah səhər açıqlanacağı gözlənilir.

***

Özbəkistanda keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Liberal-Demokrat partiyası prezidentliyə namizəd Şövkət Mirzyoyevin seçkilərdə qalib gəldiyini elan edib.

“Bizim qərargaha məlumatlar daxil olur və seçkilərdə qalib gəldiyimizi elan edə bilərik”-deyə partiyanın sədr müavini Dilşod Şoumarov deyib.(azvision)

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa