Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Soyğunçuluq edən 2 nəfər saxlanıldı - VİDEO

Bakı şəhərində tikinti, məişət əşyaları, oyun konsulları, kondisioner və mobil telefonların onlayn yolla satışı ilə məşğul olan şirkətlərin etibarından sui-istifadə edərək onların mümayəndələrini dələduzluq yolu ilə aldadan və ya həmin şəxslərə qarşı soyğunçuluq edən 2 nəfər saxlanılıb.

Bu barədə Yenicag.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə zərərçəkənlərdən daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən qanunsuz hərəkətləri etməkdə şübhəli bilinən paytaxt sakinləri Rüstəm Tinayev və Turqut Quliyev tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən malların onlayn satışını həyata keçirən şirkətlərə bu şəxslər tərəfindən müxtəlif vaxtlarda sifarişlər verilib. Şirkətin nümayəndələri malları Rüstəm Tinayev və Turqut Quliyevin Nizami rayonunda qeyd etdikləri ünvanlara çatdırdıqdan sonra onlar müxtəlif vasitələrlə sifariş verdikləri məhsulları götürərək ödəniş etmədən hadisə yerindən yayınıblar. Bu üsulla adları qeyd edilən şəxslər son bir neçə ay ərzində 20-yə yaxın şirkətə onlayn sifariş verərək onların məhsullarını ya dələduzluq, ya da soyğunçuluq yolu ilə ələ keçiriblər. Rüstəm Tinayev və Turqut Quliyevin ümumilikdə zərərçəkənlərə 30 min manata yaxın maddi ziyan vurduğu müəyyən edilib.

Qeyd edək ki, bu şəxslər ələ keçirdikləri malları daha sonra dəyər-dəyməzinə müxtəlif məkanlarda satıblar. Maraqlı burasındadır ki, Rüstəm Tinayev və Turqut Quliyev onlayn yolla sifariş verdikləri bütün avadanlıqların paytaxtın Nizami rayonunun ərazisinə gətirilməsini istəyiblər. Onlar zərərçəkənlərin demək olar ki əksəriyyətini bu rayonun ərazisində aldadıblar. Saxlanılan şəxslər ifadələrində törətdikləri hadisələrin hər birini etiraf ediblər.

Rüstəm Tinayev və Turqut Quliyev barəsində 24-cü Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami Rayon Polis İdarəsinə göndərilib. Bu şəxslərin digər qanunsuz əməllərinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Rüstəm Tinayev və Turqut Quliyev əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edə bilərlər.

www.yenicag.az

172
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100