Soyuq havanın BAZARA TƏSİRİ: Hansı məhsullar BAHALAŞACAQ?

media-hightechnic-468x90

“Bu il soyuq hava şəraiti səbəbindən bəzi mövsümi məhsulların yığımı gecikə bilər və bu da qiymətlərin keçən ilə nisbətən yüksək qalmasına səbəb ola bilər”.

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli deyib.

Ekspert hava şəraitinin soyuq olması ilə əlaqədar bəzi bostan məhsullarının qiymətində artım müşahidə olunacağını bildirib:

“Soyuq hava şəraiti səbəbindən əsasən erkən yaz və yay meyvə-tərəvəzləri, xüsusilə pomidor, xiyar, albalı, ərik, şaftalı kimi məhsullar təsirlənəcək. Bunların bazara girişi gecikəndə təklif azaldığı üçün qiymətlər bahalaşır. Qarpız və yemiş kimi yay ortası bostan məhsulları da bir qədər gec və az miqdarda çıxa bilər, amma bu, o qədər də böyük fərq yaratmaya bilər. Ümumilikdə təzə açıq torpaq – bostan məhsulları istixana məhsullarına nisbətən daha bahalı olacaq. Qiymətlərə hava ilə yanaşı idxal, ixrac tələbi və digər iqtisadi amillər də təsir edir, amma soyuq yay başlanğıcı əsas səbəb kimi görünür”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05