!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Söyüş və təhqiri özünə yol seçən sosial platformalar bloklanmalıdır - DEPUTAT

!Reklam – Yazi

“Son proseslər bir sıra daxili və xarici qüvvələrin mətbuatdan və sosial mediadan ölkədə ictimai-siyasi sabitliyi pozmaq, dövlətə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə cəhdlərinin sürətlə artdığını göstərir”.

Yenicag.az  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, proseslər artıq ənənəvi medianın rəqabətdə sosial şəbəkələrə uduzduğunu göstərir: “Bu, bir tərəfdən informasiyanın əlçatanlığını daha sürətli təmin etməklə yanaşı, informasiya təhlükəsizliyi baxımından problemlər də yaradır. Bütün bunlar informasiya təhlükəsizliyini təmin etmək üçün ölkəmizin media siyasətinə yenidən baxılmasını, yerli media qurumlarının öz fəaliyyətini daha peşəkar səviyyədə qurmasını zəruri edir. Onu da nəzərə almaq lazımdır ki, qardaş Türkiyədə keçirilən seçkilərdə sosial mediada aparılan çirkin təbliğat ictimai rəyə çox ciddi təsir göstərdi. Bəzən bir sosial platformada yayılan videoya 30 milyon insanın baxması kiçik rəqəm deyil.

Bütün sosial media gücünü siyasi təbliğata yönləndirmişdi. Onu da təəssüflə qeyd etmək lazımdır ki, bəzi qruplar sosial şəbəkələri və medianı söyüş meydanına çevirib. Xüsusilə xaricdə oturan şəxslər bu məsələdə çox ciddi fəallıq göstərir. Ölkə rəhbərliyinin və dövlət məmurlarının ünvanlarına davamlı olaraq hədyan və təhqirlər yağdırırlar. Kimsə kimisə, nəyisə tənqid edə bilər, ancaq təhqir qəbul edilməzdir. Hesab edirəm ən qısa vaxtda sosial platformaları idarə edən şirkətlərlə sıx təmasların qurulmasına başlanılmalı, eyni zamanda, saxta məlumat yayan, söyüş və təhqiri özünə yol seçən platformaların bloklanması məsələsinə baxılmalıdır. İnsan hüquq və azadlıqlarının qorunması söyüş və təhqirə yer verilməsi anlamına gəlmir”./Apa/

www.yenicag.az

218
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv