!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sputnik V” vaksini Türkiyədə də istehsal ediləcək

!Reklam – Yazi

Rusiyanın Birbaşa İnvestisiyalar Fondu (RDIF) və Türkiyənin “Viscoran İlaç” əczaçılıq şirkəti Türkiyədə “Sputnik V” koronavirus infeksiyasından vaksinin istehsalı haqqında razılığa gəliblər.

Yenicag.az xəbər verir ki, bu barədə “Viscoran İlaç” şirkətindən bildirilib.

RDIF-in başçısı Kirill Dmitriyev qeyd edib ki, “Viscoran İlaç”la razılaşma istehsal güclərinin genişləndirilməsinə və “Sputnik V” vaksininin beynəlxalq tədarükünün təmin edilməsinə yönəlib.

Dmitriyevin sözlərinə görə, RDIF Asiya, Latın Amerikası, Avropa və MDB ölkələrində aparıcı əczaçılıq şirkətləri ilə sazişlər imzalayıb, bunun sayəsində təhlükəsiz və effektiv Rusiya peyvəndi 60-dan çox ölkədə insanlar üçün əlçatan olacaq.

www.yenicag.az

413
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv