Şri-Lanka prezidenti ölkəsindən QAÇDI

media-hightechnic-468x90

İqtisadi böhrana görə etirazlardan sonra istefa verəcəyini açıqlayan Şri-Lanka prezidenti Qotabaya Rajapaksanın ölkədən qaçdığı təsdiqlənib.

Yenicag.az xəbər verir ki, Şri-Lanka Hərbi Hava Qüvvələri Rajapaksa və həyat yoldaşının Maldiv adalarına getdiyini açıqlayıb.

İmmiqrasiya rəsmilərinin verdiyi məlumata görə, Rajapaksa bu gün səhər tezdən əsas beynəlxalq hava limanından havaya qalxan Antonov-32 tipli hərbi təyyarə ilə ölkəsini tərk edib.

Bildirilir ki, iqtisadi böhrana görə başlayan etirazlar nəticəsində bu gün istefa verəcəyini açıqlayan Şri-Lanka prezidenti Rajapaksa ötən bazar ertəsi tarixli istefa məktubunu imzalayaraq parlament sədrinə göndərib. Prezident olduğu müddətdə Şri-Lanka qanunlarına görə toxunulmazlığa malik olan Rajapaksanın həbs olunmamaq üçün istefa verməmişdən əvvəl ölkəni tərk etməyə çalışdığı güman edilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600