Su uğrunda müharibə BAŞLAYIR – “İsrail Suriyadakı vəziyyətdən istifadə edərək...”

media-hightechnic-468x90

“İsrailin əsas məqsədi içməli su qaynaqlarına nəzarəti ələ keçirməkdir”.

Bu fikri İsrailin Suriyada hərbi əməliyyatlar keçirmək ehtimalını Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov səsləndirib.

Onun sözlərinə Suriyada İsrailin hərbi əməliyyatlar keçirməsi regiondakı vəziyyəti bir qədər də gərginləşdirəcək:

“İsrail Suriyadakı vəziyyətdən istifadə edərək müəyyən ərazilərə nəzarəti ələ keçirdi. İsrailin üstün tərəfi ondan ibarətdir ki, Suriya zəifdir və druzlar İsraillə birləşmək istəyir. Druzların çox güclü silahlı gücü var. Suriya dövləti onları ram edə bilmir. Druzların vasitəsi ilə İsrail istədiyinə çata bilər”.

“Digər yandan İsrailin əsas məqsədi içməli su qaynaqlarına nəzarəti ələ keçirməkdir. İsrail bu yöndə addımlar atır və atacaq da. Türkiyə isə İsraili neytrallaşdırmaq istəyir. Ancaq birbaşa Türkiyə ilə İsrailin toqquşması mümkün görünmür. Burada önəmli faktor NATO-dur. Bundan əlavə, Rusiyanın hərbi bazasının da Suriyada qalacağı dəqiqləşdi. Ona görə də Suriya prosesi xeyli zaman alacaq. İsrail Suriyada istədiyinə nail olmaq istəyəcək. Əgər İsrailin bu addımına göz yumulsa, Suriyanın vahid qalması mümkün olmayacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600