2022-ci ildə Sakit Okeanda yerləşən Hunqa-Tonqa-Hunqa-Haapay vulkanının püskürməsi dünyada geniş əks-səda doğrumuşdu. Vulkan püskürməsi o qədər şiddətli olmuşdu ki, planetin qarşı tərəfində belə titrəyişlır baş vermişdi.
Yenicag.az xəbər verir ki, həmin püskürmə ilə bağlı bəzi detallar üzə çıxıb.
“Geophysical Research Letters” adlı elmi jurnalda yayımlanan məqalədə vurğulanıb ki, partlayışdan 15 dəqiqə öncə müəmmalı siqnal qeydə alınıb.
Bu siqnal iki fərqli stansiyadan toplanan dataların birləşdirilməsi ilə üzə çıxarılıb. Alimlərin fikrincə, həmin siqnal fəlakətlərdən əvvəlcədən xəbərdar olmağa kömək edə bilər.
www.yenicag.az