!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sudan düzgün istifadə edin, xərçəng yarada bilər

!Reklam – Yazi

Həddindən artıq isti günlər yaşandığından su sərfiyyatı da artıb. Lakin sudan istifadə zamanı bəzi qaydalara əməl edilməməsi xərçəngə səbəb ola bilər.

Yenicag.az zərərli olan su istifadəsini təqdim edir:

Avtomobildə plastik butulkada qalan suyu heç vaxt içməməlisiniz. Plastikdən istifadə hormonal balanssızlıq, reproduktiv sağlamlıq problemləri və xərçəng yarada bilər.

Bir çox araşdırmalar göstərir ki, mikroplastiklərdən keçən BPA və ftalatlara məruz qalan həm kişilərdə, həm də qadınlarda sonsuzluq yaratması mümkündür.

Ftalatlar – sintetik polimerlərdən müxtəlif qab-qacaqlar, oyuncaqlar, tibb avadanlıqlarının hazırlanmasında plastifikator kimi, həmçinin lak, parfyumeriya, həşəratlara qarşı repellentlər istehsalında istifadə edilir. Bu maddələr həm bilavasitə daxil olduqda, həm də hava və dəri vasitəsilə düşdükdə insanın bağırsağında asan absorbsiya olunur.

Plastik su qablarında BPA (Bisfenol A) adlı kimyəvi maddə var. Bu maddə butulkalar avtomobildə unudulanda və ya isti yerdə qaldıqda aktivləşərək su ilə qarışır. Su ilə qarışan bu qorxulu maddə hormonal pozğuntuya, inkişaf gecikməsinə, böyüklərdə süd vəzi xərçənginə və xüsusilə də uşaqlarda bir çox xəstəliklərə səbəb ola bilər.

Bu səbəblə nəqliyyat vasitəsində, günəş işığında qalmış suyu istifadə etməməliyik.

Su qablarını günəşdən uzaq, sərin yerdə saxlamaq lazımdır. Plastik butulkalar təkrar istifadə edilə bilən şüşə butulkalarla əvəz edilə bilər. Bu yolla plastikdən istifadəni mümkün qədər azaldaraq təbiətin qorunmasına da dəstək ola bilərik.

Həmçinin, şüşə butulkalar, onları daşıyan kiçik tələbələr üçün də riskli ola bilər amma belə olduğu halda BPA-sız su qablarına üstünlük verilə bilər./yenisabah/

 

COP29

www.yenicag.az

231
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv