!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Süleyman Soylu: "15 iyul bu millətin növbəti imtahanı oldu”

!Reklam – Yazi

Türkiyənin daxili işlər naziri Süleyman Soylu FETÖ terror şəbəkəsinin 15 iyul uğursuz çevriliş cəhdinin 1-ci ildönümü ilə bağlı Azərbaycandan və digər ölkələrdən gəlmiş jurnalistlərlə görüş keçirib.

Yenicag.Az xəbər verir ki, media nümayəndələrini salamlayan Türkiyənin daxili işlər naziri Süleyman Soylu Nazirlər Kabineti Media və İnformasiya Baş İdarəsinin rəisi Mehmet Akarca ilə birlikdə 15 iyul şəhidlərinə həsr olunan foto sərginin açılışını edib.

Daha sonra jurnalistlər qarşısında çıxış edən türkiyəli nazir 15 iyulu türk millətinin növbəti sınağı kimi dəyərləndirib:

“O gecəni bütün gerçəklikləri ilə yaşayanlar, etnik və siyasi kimlik haqqında düşünmədən demokratiya üçün mübarizə aparan, qarşıya çıxan risklərə əhəmiyyət vermədən öz vəzifələrini icra edənlər böyük fədakarlıq göstərdilər.

Millətimiz 15 iyulda daha bir qəhrəmanlıq dastanı yazdı. Çünki 15 iyul həqiqətən də dastandır. Bu yollarla Türkiyəni zəiflətməyə, sıradan çıxartmağa çalışanlara yanıldıqlarını bir daha göstərdik. Yıxılmadığımızı, hər zaman ayaqda durmaq əzmimizi nümayiş etdirdik. Bizi zəif görmək istəyənlər daha da gücləndiyimizin şahidi olacaqlar”.

Fikirlərini davam etdirən Soylu qeyd edib ki, 15 iyul çevriliş cəhdini planlaşdıranlar və bu xain ssenarinin icraçıları öz cəzalarını alacaqlar:

“15 iyul bizə XXI əsrdə millət olmaq şüurunu yenidən qaytardı. 15 iyul yenidən bu ölkə üçün, torpaq üçün, demokratiya üçün, insanlıq üçün nələr edilə biləcəyini göstərən bir mövzudur. 15 iyul bir millətin imtahanıdır, sınağıdır. Biz demokratiya üçün əvəz ödəyə-ödəyə gələn bir millətik. 15 iyul çevrilişinə qalxan, onların arxalarında olanlar kim olursa-olsun, buna görə cavab verəcəklər”.

Türkiyəli nazir 15 iyul çevriliş cəhdinin davam etdiyi saatlarda dəstəyini ifadə etmiş dost dövlətlərə minnətdarlığını bildirib.

Soylu çıxışının yekununda Türkiyənin demokratiya və insan haqlarının qorunmasında dünyaya nümunə göstərən Rəcəb Tayyib Ərdoğan kimi prezidentinin və Binəli Yıldırım kimi baş nazirinin olduğunu vurğulayıb.

Nazir bildirib ki, 15 iyul gecəsi dövlət və millət uğrunda mübarizəyə qoşulan hər kəs qəhrəmandır:

“Bu millətin uğrunda həyatlarını qurban verən şəhidlərimiz, qazilərimiz var. Biz böyük və cəsur bir millətik. Tankların önünə yalın əllərlə çıxmaq cəsarəti bizə məxsusdur. Bəzən saatlarla danışaraq, anlatmağa çalışdığımız məqamları bir foto anladır. 15 iyulda mübarizə apararaq, həyatlarını təhlükəyə atan, yaralanan, yaralanmayan hər bir kəs bizim üçün qazidir”.

Yenicag.Az

COP29

www.yenicag.az

1147
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv