!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülh müqaviləsi müzakirələri: “Vahid saziş daha məqsədəuyğundur”

!Reklam – Yazi

“İlkin sülh müqaviləsi de-fakto müharibə vəziyyətini bitirəcək”.

Bunu Yenicag.az-a açıqlamasında 44 günlük müharibədən 4 ilə yaxın zaman keçməsinə baxmayaraq, hələ də Azərabaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmamasının səbəblərini izah edən politoloq Turan Rzayev deyib.


Onun sözlərinə görə, proseslərin 4 il uzadılmasında qeyri-adi heçnə yoxdur.

Politoloq qeyd edib ki, bu müddət ərzində “Dağlıq Qarabağ” münaqişəsi və aktiv hərbi faza yekunlaşdı.

“Ümumi mənada əslində uğurdan söhbət gedir. Eyni zamanda, Qazaxın 4 kəndinin geri qaytarılması da proseslərdə irəliləyişlərdən biridir.
Əslində, münaqişənin üzdə görünən tərəfi Qarabağdan ibarət idi. Məsələni bir növ yaraya bənzətmək olar. Üst hissənin təmizlənməsi ilə iş bitmir. Kökü sağaltmaq lazımdır. Eynilə münaqişə də belədir, kökdən həll olunmazsa, yenidən alovlana bilər.
Müharibə bitən kimi sülh müqaviləsi imzalana bilərdi. Lakin öncə də qeyd olunan kimi, həll olunması vacib olan problemlər vardı. Öncə 10 noyabr üçtərəfli bəyanatı ilə tərəflər üzərinə düşən öhdəlikləri yerinə yetirməli idi”, – deyə o əlavə edib.

T.Rzayev vurğulayıb ki, danışıqlar hələ də davam etdirilir.

“Masada hansısa sənədin ətrafında müzakirənin olması belə müsbət irəliləyişin göstəricisidir. Səthi sülh müqaviləsinin imzalanması gələcəkdə yenidən münaqişəyə çevrilə bilər. Lakin müəyyən zaman çərçivəsində vahid saziş daha məqsədəuyğundur.

Həm ilkin, həm də yekun sülh müqaviləsindən danışılır. Yekun sülh müqaviləsinin imzalanması hələ bundan sonra da indiki qədər vaxt tələb edə bilər. Ancaq ilkin sülh müqaviləsi de-fakto müharibə vəziyyətini bitirəcək. Yəni bu gün aktiv döyüşlər olmasa da, tərəflər arasında müharibə vəziyyəti davam edir. Bunun sonlanması üçün isə ilkin sülh müqaviləsi vacibdir.
Azərbaycanın müəyyən tələbləri var. Belə ki, əsas olaraq Ermənistan Konstitusiyasında Azərabycana qarşı ərazi iddiası olan bəndə müvafiq dəyişikliklərin edilməsi vacibdir. Bu addım sülhün müqaviləsinin qarantı sayıla bilər. Əgər sadalanan amillər və tələblər yerinə yetiriləcəksə günü sabah da müqavilənin imzalanması mümkündür”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

350
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv