Bu restoranın səsi sakinlərin rahatlığını pozur - VİDEO

media-hightechnic-468x90

Paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti, 39 ünvanında yerləşən restoran sakinlərin rahatlığını pozur.

media-banner_tuq

Yenicag.az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, gecə boyunca restoranda yüksək musiqi səsləndirilir. Onların sözlərinə görə, yaxınlıqda yerləşən “Üzüm” restoranında gecə saatlarında səsləndirilən yüksək musiqi onlara rahatlıq vermir.

Restoranın adminstratoru Rəmzi Allahyarov də iaşə obyektində 23:30-a kimi musiqi səsləndirildiyini təsdiqlədi. Amma o, səsin normadan çox olması şikayəti ilə razılaşmır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirildi ki, restoranda səs-küy olması ilə bağlı sakinlərin müraciətinə uyğun olaraq müvafiq tədbirlər görülür.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05