!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülh sazişi və ortadan qalxmayan SAVAŞ RİSKİ: “Paşinyanın əvəzinə bir nasistin iqtidara gəlməsi…”

!Reklam – Yazi

“Sülh sazişinin imzalanması vacibdir, ancaq ayıq-sayıqlığı da yerə qoymaq olmaz”.

Bu fikirləri Azərbaycan rəsmilərinin Ermənistanla sülh sazişi imzalansa belə, müharibə riskinin qalacağına dair ehtimallarına münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.Qabil Hüseynlinin sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyi olsa, müharibə ehtimalı artacaq:

“Erməni xarakterini, onların Azərbaycan xalqına kin-küdurətini nəzərə alsaq, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu sözlərinə haqq qazandırmaq olar.

Düzdür, hazırda Nikol Paşinyan hökuməti üçün həm hakimiyyətin dayaqlarını möhkəmləndirmək, həm də, eloktral bazanın genişləndirilməsi baxımından sülh çox vacibdir. O da faktdır ki, Ermənistan silahlanır, yeni silahlar alır.

Üstəlik də, Qarabağla bağlı müxtəlif addımlar atırlar. Qondarma rejimin əvvəlki strukturları yenidən bərpa, xarici ölkələrlə əlaqələr qurulmasına cəhd göstərilir. Nəticə etibarilə, onların açıq-aşkar həm Qarabağa qayıtmağının, həm də status-kvonu bərpa etmək niyyətində olduqlarını görməmək mümkün deyil.

Bu səbəbdən də, sülh sazişinin imzalanması vacibdir, ancaq ayıq-sayıqlığı da yerə qoymaq olmaz. Nikol Paşinyan hakimiyyətdən gedə və onun əvəzinə iqtidara tamamilə milliyətçi, nasist biri gələ bilər. Bu zaman Azərbaycana qarşı təhdidlərin artması realdır”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

2021
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv