Sülh üçün son fürsət? Vaşinqtonda həlledici GÖRÜŞ GÖZLƏNİLİR

media-hightechnic-468x90

“ABŞ böyük dövlətdir, supergücdür və müəyyən təminatlar verərək Ermənistanı buna məcbur edə bilər”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Əlabbas Məhərrəmli deyib. O, dünya mətbuatında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin Vaşinqtonda imzalanacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

media-232361

Politoloqun sözlərinə görə, Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında sülh sazişinin imzalanması məqsədilə cümə günü Vaşinqtonda görüş keçirilməsi ehtimalı yüksəkdir:

“Vaşinqton son dövrlər sülh prosesini canlandırmaq üçün həm Ermənistan, həm Azərbaycan, həm də ümumilikdə regionla bağlı diplomatik fəallığını artırıb. ABŞ hətta Zəngəzur dəhlizinin beynəlxalq nəzarət altında idarə olunmasını təklif edib. Buna görə də hazırkı mərhələdə ABŞ-nin vasitəçiliyi daha real görünür”.

Ə.Məhərrəmli qeyd edib ki, Azərbaycan dəfələrlə Ermənistanın konstitusiyasında dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarından imtina etməsini tələb etsə də, bu, hələ reallaşmayıb:

“Bu səbəbdən cümə günü sülh sazişinin imzalanması ehtimalı çox aşağıdır. Düzdür, ABŞ supergücdür və müəyyən təminatlar verərək Ermənistanı buna məcbur edə bilər. Həm də həmin tarix Trampın Rusiyaya verdiyi on günlük möhlətin bitdiyi günə təsadüf edir”.

Politoloq həmçinin bildirib ki, Ermənistandakı daxili vəziyyət gərgin olaraq qalır və Rusiyameyilli qüvvələr Baş nazir Nikol Paşinyana ciddi təzyiq göstərirlər:

“Bütün bu proseslər fonunda dəqiq proqnoz vermək çətindir, yalnız gözləmək lazımdır”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa