Sülhə aparan yolda İrəvandan BOŞ ZƏMANƏTLƏR: “Maneə yaradan amillər aradan qaldırılmadan...”

media-hightechnic-468x90

“Maneə yaradan bütün amillər aradan qaldırılmadan sülh müqaviləsinin heç bir perspektivi yoxdur”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

O, Ermənistanın ədliyyə naziri Srbuhi Qalyanın yeni konstitusiya mətninin 10 ay ərzində hazırlanacağı, Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın isə tezliklə sülh müqaviləsinin imzalanacağı ilə bağlı yaxşı xəbərlər ola biləcəyi bəyanatına münasibət bildirib.

Deputat qeyd edib ki, indiki şəraitdə həm Qalyanın, həm də Mirzoyanın səsləndirdiyi fikirlər Ermənistanın ənənəvi bəyanatlarından qətiyyən fərqlənmir:

“Ermənistanın sülh müqaviləsinin imzalanmasından sonra konstitusiyaya dəyişiklik edəcəyi ilə bağlı perspektivi qətiyyən yoxdur. Azərbaycan heç bir halda nəticəsi bəlli olmayan prosesə qoşula bilməz. Bu, istər ölkəmizin siyasi manevrlərində, istərsə də atdığımız addımlarda özünü qabarıq şəkildə büruzə verməkdədir. Tutalım ki, sülh müqaviləsi imzalandı və konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirildi. Əgər dəyişiklik edilməzsə, o zaman nə olacaq?”

“Prinsip etibarilə, Ermənistan Konstitusiyasının referenduma çıxarılacağı və yeni konstitusiyanın qəbul ediləcəyi zəmanəti yoxdur. İndiki şəraitdə bütün məsuliyyət Ermənistanın üzərindədir. Maneə yaradan bütün amillər aradan qaldırılmadan sülh müqaviləsinin heç bir perspektivi yoxdur”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600