!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülhə əngəl olan QÜVVƏLƏR: “Antiterror əməliyyatı Paşinyana və havadarlarına mesaj verdi ki..."

!Reklam – Yazi

“Azərbaycanın antiterror əməliyyatı ilə qəti qələbəsi Paşinyana da, onu sülhdən yayındıranlara da son mesaj oldu”.

Bunu Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağda baş verən proseslərdən sonra atacağı addımları proqnozlaşdıran “Cümhuriyət” qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri, politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Ermənistan regionda sabitlik üçün təhlükəli subyekt rolundadır:

“İstər tarixə nəzər salanda, istərsə bu günün prizmasından yanaşanda Ermənistanın regionda siyasi balansı və stabilliyi pozduğunu görürük. Bu durum Ermənistanın illərdir ağır şərtlər altında yaşamasını şərtləndirir. Vəziyyətdən çıxmaq, regiondakı destabilizasiyanı önləmək üçün Ermənistan və Paşinyan hakimiyyəti üçün konkret seçim sülh sazişinin imzalanmasıdır.

Sülh sazişi ilə bağlı manipulyasiya cəhdləri Paşinyanın birmənalı addım atmağa hazır olmadığını göstərir. Bunun səbəblərindən biri dərin siyasi analitikasının olmamasıdır. Paşinyan təkbaşına qərar vermək iqtidarında deyil. Arxasında duran güclərin, Fransanın və Makronun ağzına baxır, onların fikirləri ilə hərəkət edir. Fransa isə antiAzərbaycan mövqeyindədir və Qafqaza nüfuz etmək üçün çalışır. Forpost rolunu da ənənəvi olaraq Ermənistan oynayır. Əslində, sülhü əngəlləyən prosesin əsas faktorlarından biri budur. Lakin bu prosesdən ən çox zərər görən tərəf Ermənistan, o cümlədən, Paşinyan hakimiyyətidir.

İndi sülh üçün münbit şərait var. Qarabağdakı qondarma xuntanın fəaliyyəti bitib, qanunsuz silahlı birləşmələr təslim olub. Yəni Paşinyan Qarabağ yükündən tam azaddır. Belə olan halda sülh sazişinə mane olan ciddi bir məsələ də qalmır. Sadəcə, siyasi iradə və qətiyyət göstərmək lazımdır. Paşinyan isə bu qətiyyəti ortaya qoya bilmir. Ona görə də sülh sazişi ilə bağlı manipulyasiya edir.

Paşinyan sülh sazişinin imzalanması ilə revanşistlərin ayaqlanması arasında bir əlaqə görür. Lakin Azərbaycanın bir sutkalıq aniterror əməliyyatları regionda münaqişə subyektinin olmamasını əsas gətirərək, sülh sazişini imzalamaq üçün Paşinyana çox böyük fürsət yaradıb. Bunun üçün Paşinyanın realist olması lazımdır. Düşünürəm ki, geriyə yol qalmadığından məcburi şəkildə prosesə qoşulacaq.

Sülh sazişi ilə bağlı əsaslı dönüşün bu il olacağı gözləniləndir.
Azərbaycanın antiterror əməliyyatı ilə qəti qələbəsi Paşinyana da, onu sülhdən yayındıranlara da son mesaj oldu”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

436
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv