Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlılarının postunda hərəkətlilik müşahidə olunur.
Yenicag.az xəbər verir ki, Rusiya sülhməramlıları sözügedən ərazidə qurduqları çadırları sökürlər. Məlumata görə, ərazidə quraşdırılmış konteynerlərin başqa yerə daşınacağı gözlənilir. Hazırda onlar bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər. Əlavə məlumat veriləcək.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq on üç gündür davam edir.
***
Şuşadan Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlıları qurduqları digər konteyneri də ərazidən götürülür.
Hazırda əraziyə kran və yük maşın gətirilib.
Konteynerin digər əraziyə – Laçın istiqamətinə aparılması ehtimal olunur.
Eyni zamanda Rusiya sülhməramlıları həmin ərazidə özlərinə məxsus generatoru da yük maşınına qaldırırlar.
Qeyd edək ki, bu gün Rusiya sülhməramlıları qurduqları çadırları söküblər, habelə konteynerləri aparıblar. Ərazidə cəmi bir ədəd konteyner qalmışdı.
www.yenicag.az