Sülhməramlılar Əfqanıstana yola salındı

media-hightechnic-468x90

9585_8krlwzixr8“N” saylı hərbi hissədə Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 39 nəfərdən ibarət qrupunun plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınması mərasimi keçirilib.

Yenicag-ın apa-ya istinadən verdiyi xəbərə görə, mərasim iştirakçıları əsgərlərimizə uğurlar arzulayıblar, Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə ediblər.

Yeni tapşırığa əsasən sülhməramlılarımız Kabil şəhərində yerləşən beynəlxalq hava limanını qoruyacaqlar.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 hərbi qulluqçusu, o cümlədən iki hərbi həkimi və iki mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600