Şumaxer ölüm ayağında

media-hightechnic-468x90

çlpTəcrübəli avtopilot Mixail Şumaxerin səhhəti ilə bağlı bədbin açıqlama verilib.

Reanimasiyada ölüm-qalım mübarizəsi aparan Şumaxerin vəziyyəti ilə bağlı “Formula 1″in həkimi Gari Hartstein danışıb.

O, Şumaxerin hər keçən gün vəziyyətinin daha da ağırlaşdığını və ümidlərin tükəndiyini söyləyib:“Şumaxerlə bağlı bir daha yaxşı xəbər ala bilməyəcəyimizdən çox qorxuram. Hətta buna çox əminəm. Belə bir vəziyyətdə Şumaxerin ailəsi mətbuat kofransı təşkil edib, hər şeyi açıqlamalıdır”.

Xatırladaq ki, əfsanəvi pilot ötən ilin dekabr ayının 29-da Meliberedə istirahət mərkəzində xizək sürərkən yıxılıb və başından güclü zədə alıb.

Təcili xəstəxanaya yerləşdirilən pilot komaya düşüb. Məşhur idmançı xeyli müddət komada qalıb. Şumaxer “Formula 1” yarışları üzrə 7 qat dünya çempionudur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600