Sumqayıtda acınacaqlı vəziyyətdə olan daha bir YATAQXANA – İcra hakimiyyəti niyə müraciətlərə BAXMIR? – ŞİKAYƏT/FOTO/VİDEO

media-hightechnic-468x90

Sumqayıt şəhərindəki 2 nömrəli yataqxanada yaşayan sakinlər ağır şəraitdən şikayət edirlər.

Yenicag.az-a ünvanlanan şikayətdə Sumqayıt şəhəri, 41-ci məhəllə, 2 nömrəli yataqxanada yaşayan sakinlərin ağır şəraitdə yaşadığı və ciddi təhlükələrlə üzləşdikləri bildirilib.

Kadrlardan da görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin laqeydliyi nəticəsində yataqxana artıq ciddi şəkildə qəzalı vəziyyətə düşüb. Betonların çürüməsi, armaturların xarab olması və binanın strukturunda yaranan ciddi problemlər sakinlərin həyatını təhlükə altına alır.

Görüntülərdən aydın olur ki, binadakı yüksək nəmişlik, uşaqlarda müxtəlif xəstəliklərin yaranmasına şərait yaradır. Sakinlər hər gün təhlükə ilə üzləşsələr də, Sumqayıt Şəhər İcra Hakimiyyəti bu məsələyə heç bir ciddi yanaşma göstərməyib.

media-img_4739

Sakinlər deyiblər ki, onlar dəfələrlə müraciət etmələrinə, habelə müxtəlif zamanlarda məktublar yazmalarına baxmayaraq müsbət heç bir nəticə əldə edə bilməyiblər. Sumqayıt şəhər İcra Hakimiyyətinin laqeyd və cavabsız yanaşması isə onları çıxılmaz vəziyyətə salıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600