Sumqayıt şəhərində 16 yaşlı məktəbli qızı maşın vurub.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayon ərazisində baş verib.
Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü Günel Ceyhun qızı Sadıxovanı yolu keçərkən naməlum avtomobil vurub. O, dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, hadisə G.Sadıxova repititor yanından gələn zaman baş verib.
Faktla bağlı araşdırma aparılır.