Sumqayıtda yanğın: Alovların evə keçməsinin qarşısı belə alındı - VİDEO

media-hightechnic-468x90

Sumqayıt şəhəri, Yaşıl dərə yaşayış massivində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yanğın baş verib.

Yenicag.az xəbər verir ki, yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Bildirilir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində fərdi yaşayış evinə bilavasitə bitişik taxta tullantıları yığılmış sahədə baş vermiş yanğın evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 10kv.m. sahədə taxta tullantıları yanıb.

Fərdi yaşayış evi yanğından mühafizə olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600