Sumqayıtda yararsız ərzaq malları

media-hightechnic-468x90

yararsizmalİqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən monitorinqlər davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı Sumqayıtda fiziki şəxslərə məxsus mağazalarda saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb. Bundan başqa, Suraxanı, Yasamal və Kürdəmirdə fiziki şəxslərə məxsus mağazalardada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyən edilib. Həmçinin, Gəncə, İsmayıllı, Masallı, Qax, Balakən və Ağdamda fiziki şəxslərə məxsus mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülür.

(azadinform.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600