Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şuranın dəstəyi ilə yaradılan Ekonews.az saytının təqdimatı oldu – FOTOLAR

8 oktyabr 2018-ci il tarixdə “Azərbaycanda Yoxsulluğun Azaldılmasına Kömək” (AYAK) İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ərsəyə gətirdiyi “Ekonews.az” saytının təqdimatı keçirildi.

Tədbiri giriş sözü ilə AYAK-ın sədri Nazim Əliyev açaraq layihə haqqında iştirakçıları məlumatlandırdı. Daha sonra tədbirin moderatoru, internet-media ekspert Səbuhi Abbasov çıxış edərək bu sahədə ixtisaslaşmış saytların hazırlanmasının vacib olduğunu dedi.

Sonra AYAK-ın İH-nin üzvü, icraçı direktoru Zahir Rəhimov çıxış edərək layihənin özəlliyindən danışdı: “Mən ilk növbədə Azərbaycan Respublikası Prezidentinin Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkür edirəm. Biz qarşıya hədəf qoymuşuq ki, iqtsadiyyat sahəsində peşəkar sayt açaq və yeni simaları cəmiyyətə təqdim edək”.

Daha sonar sığorta üzrə eskpert İlkin İbrahimov, startup üzrə ekspert Nihad Allahyarlı, editor.az saytının rəhbəri Fərid Şahbazlı, Veteninfo.az saytının rəhbəri Nahid Canbaxışlı, Xalq.az saytının rəhbəri Zaur Mirzəzadə çıxışlarında sözügedən sahədə peşəkar informasiya resurs mərkəzinin yaradılmasını vacib hesab etdiklərini dedilər.

Məlumat üçün qeyd edək ki, layihə “Azərbaycanda Yoxsulluğun Azaldılmasına Kömək” İctimai Birliyinin Azərbaycan Respublikası Prezidentinin Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 3 aylıq layihə çərçivəsində reallaşıb.

Loading...

www.yenicag.az

424
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100