Suraxanıda ağır yol qəzası baş verib

media-hightechnic-468x90

af973a5343a2019bb7abbab5fd213bb1Bakıda xəsarətlə nəticələnən yol qəzası vaş verib.

Hadisə Suraxanı rayonu ərazisində, Hövsan yolunda qeydə alınıb. İlkin Vəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə adı hələlik məlum olmayan sürücünün idarə etdiyi VAZ-2107 markalı maşın toqquşub. Hadisə nəticəsində VAZ-2107-nin sərnişinləri – Xəlil Fətullayev və Aleksandr Larionov ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən 3 saylı şəhər klinik xəstəxanasına aparılıblar. Sürücü isə avtomobilini qoyaraq hadisə yerini tərk edib.

Hadisə yerinə gələn Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırmalara başlayıblar. Qəzanın hansı səbəbdən baş verməsi avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600