Suriya ordusu Türkiyə sərhədlərinə yaxınlaşır
 Mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı Suriya ordusunun Türkiyə sərhədlərinə yaxınlaşdığını bəyan edib.
Mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı Suriya ordusunun Türkiyə sərhədlərinə yaxınlaşdığını bəyan edib.
Rusiyanın hava dəstəyi ilə irəliləyən Suriya ordusu Təl-Rıfat qəsəbəsinə 7 kilometr yaxınlaşıb.
Adıçəkilən təşkilatdan bildirilib ki, Suriya rejiminə bağlı olan qüvvələrin Türkiyə sərhədlərinə irəliləməsinin səbəbi ölkəyə müxaliflərin və silahların gəlməsinin qarşısını almaqdır.
Məlumata görə, Təl-Rıfat qəsəbəsi təslim olarsa, Suriya ordusu Hələb vilayətinin şimalını tamamilə nəzarət altına almış olacaq.













