Suriyaya qaçan gəlinlə bağlı açıqlama

media-hightechnic-468x90

img1723921sdfdsfŞəkidə üç uşağını götürüb Suriyaya gedən gəlin axtarışdadır.

Yenicag aznews-a istinadən bildirir ki,  rayonun Daşüz kənd sakini Elnurə Məmmədova ilə bağlı Azərbaycan və Türkiyənin hüquq-mühafizə orqanları araşdırma aparır.

Onların bu saata qədər harada olduğu dəqiqləşməyib.

E.Məmmədovanın Yaxın Şərqdə gedən döyüşlərdə iştirak üçün qardaşlarının olduğu şəhərə getdiyi ehtimal edilir. Gəlin anası Qəribə Şabanova, bacısı Bahar Alxasova və yeznəsi Daşqın Alxasovla birlikdə gedib. Üç uşaq anasının qardaşları bir neçə ildir Suriyada Əsəd rejiminə qarşı savaşır.

Gəlinin qayınanası, 84 yaşlı Humay Məmmədova  deyibonların harada olduğu bilinmir:

“Heç bilmirik ki, çatıblar, ya yox. Gəlinin böyük qardaşının arvadı da gedib. Ləkidə evləri var idi, satıb çıxıblar. Oğlum Rusiyada işləyirdi. Uşaqlara getmək üçün etibarnamə verməyib. Notariusda övladlarına saxta etibarnamə düzəldərək ölkəni tərk edib. Heç bizim xəbərimiz olmayıb. Qonşu mənə dedi ki, gediblər”.

Qeyd edək ki, E.Məmmədovanın əri İbrahim Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edib. Onun övladları – 12 yaşlı Ülkər, 13 yaşlı Rüstəm və 15 yaşlı Günay Suriyadadır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600