Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sürücülər, bu xəbəri mütləq oxuyun!

617326_467721Əhmədli metro stansiyasının yaxınlığında, Məhəmməd Hadi küçəsində sağa dönmək istəyən avtomobillərin hərəkəti üçün daimi sağa dönmə əmri tətbiq olunub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən daxil olan məlumata görə, yeni qayda qurumun təklifinə müvafiq olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal idarəsi tərəfindən tətbiq olunub. Buna baxmayaraq, işıqfora bu əmri göstərən (sağa dönməni) əlavə bölmə qoyulmadığından, bu da sürücülərin çaşqınlığına səbəb olur.

Qeyd edək ki, artıq bir ildən çoxdur ki, Məhəmməd Hadi küçəsində sağdakı yola dönmək üçün daimi sağa dönmə əmri tətbiq edilsə də, hələ də sürücülər yanlışlıqla qarşıdakı avtobus yolunun işıqforuna görə qırmızı işıqda dayanıb gözləyirlər ki, bu da küçədə sıxlığın yaranmasına səbəb olur.

www.yenicag.az

377