Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sürücülərə yazılan bütün cərimələr sıfırlanıb? – Açıqlama

kamranSon günlər bəzi sürücülər elektron sistemdə cərimələri yoxlayarkən, asanpay.az saytında cərimələrlə tanış olarkən maraqlı mənzərə ilə üzləşirlər.

Yenicag.az avtosfer.az-a istinadən xəbər verir ki, sistemdə sürücüyə yazılan cərimə, tarix və inzibati protokolun nömrəsi qeyd olunsa da, cərimə məbləği 0.0 manat kimi göstərilir. Bəzi sürücülər bunu cərimənin yalnış tətbiq edilməsi, bəziləri isə cərimənin silinməsi kimi qəbul edərək sevinirlər.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev məsələ ilə bağlı açıqlama verərək bildirib ki, heç kimin cəriməsi silinməyib və yalnış yazılan cərimələrdən də söhbət gedə bilməz.

Sistemdə cərimələrin sıfırlanması isə texniki məsələdir: “Bildiyiniz kimi, yeni İnzibati Xətalar Məcəlləsi qəbul edilib və Dövlət Yol Polisi bəzi inzibati xətalara görə də elektron protokollar tərtib etməlidir. Bundan əlavə, tərtib edilmiş bütün elektron protokollar sürücülərin elektron kabinetinə, yəni asan ödəniş sisteminə yönləndirilməlidir.
Bu səbəbdən də hazırda Baş Dövlət Yol Polisi İdarəsinin elektron sistemində müəyyən texniki işlər həyata keçirilir. Sistem elə qurulmalıdır ki, cərimələr elektron kabinetə yerləşdirilərkən yalnışlıq olmasın, gələcəkdə hansısa problem ortaya çıxmasın. Bu səbəbdən də sürücülərə tövsiyə edirik ki, gözləsinlər, sistem tam hazır olduqdan sonra bütün cərimələr olduğu kimi görünəcək və cərimə məbləği də əksini tapacaq”.

K. Əliyev qeyd edib ki, sistemdə yenidənqurma işləri yaxın günlərdə başa çatacaq və sürücülərə əlavə məlumat veriləcək. Hər hansı anlaşılmazlıq olarsa, sürücülər Dövlət Yol Polisi İdarəsinin 902 “qaynar xətt”inə zəng edə bilərlər.

www.yenicag.az

503